Tramp İranla bütün anlaşmaları ləğv edir
 
											Noyabr 11
										
											16:46
											2016
										
									1. 511 dəfə baxılıb
ABŞ Dövlət Departamenti Donald Tramp administrasiyasının İranla imzalanmış nüvə razılaşmasını ləğv edəcəyi və ya yenidən baxacağının mümkünlüyünü istisna etməyib.
Selefxeber.az-ın APA-ya istinadən məlumatına görə bu haqda ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner “Hər şey mümkündü”, – deyə, müvafiq suala cavabında bildirib.
Qeyd edək ki, D.Tramp seçkiqabağı kampaniyası dövründə bu sazişə görə dəfələrlə Barak Obama administrasiyasını tənqid edib və prezident seçiləcəyi təqdirdə sazişi ləğv edəcəyini vəd edib.








































 
						 
						 
						 
						 
						 
						 
						


