Tramp Rusiyaya qarşı sanksiyalar qanunu imzaladı – RƏSMİ
2. 145 dəfə baxılıb
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Selefxeber.az-ın məlumatına görə, “Eurasiadiary.com” xəbər verir ki, “İnterfax” bildirir ki, belə bir sensasion bəyanatı Tbilisidə səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.
“Prezident Tramp Rusiyaya qarşı sanksiyaların tətbiq olunması barədə sənədi imzalayıb. Biz onların ləğv olunmasını istəyirik. Lakin bu yalnız Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra mümkündür. Təəssüflər olsun ki, Rusiyanın son diplomatik addımları yalnız bunun əksini göstərir”, – deyə ABŞ-ın vitse-prezidenti jurnalistlərə açıqlamasında bəyan edib.
Qeyd edək ki, ötən həftə ABŞ Senatı Rusiya, İran və Şimalı Koreyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib.Sənədin lehinə senatorların böyük əksəriyyəti səs verib.
Həftənin əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinin lehinə səs verib. 419 konqresmen qanun layihəsinin lehinə, üç nəfər əleyhinə səs verib. On iki konqresmen isə bitərəf qalıb.