Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Trampın fərmanı ABŞ müsəlmanlarının ümrə ziyarətinə mane olur

Mart 17
16:52 2017

Donald Trampın yeddi ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması haqqında imzaladığı sərəncamından sonra ümrəyə getmək istəyənlərin sayının kəskin azalması ABŞ müsəlman icmasının təşvişinə səbəb olub. Prezidentn mübahisəli sərəncamından sonra ABŞ-da yaşayan müsəlmanlar ümrə ziyarətindən döndükdə ölkəyə buraxılmayacaqlarından narahatlıq keçirirlər.

Selefxeber.az-ın “İslam-Today“-ə istinadən xəbərinə görə, hər il Baltimor müsəlman təşkilatı 60 -a yaxın zəvvarın ümrə ziyarətini təşkil etdiyi halda, bu il ümrə ziyarətinə getmək istəyən bir nəfər belə tapılmayıb.

Xatırladaq ki, Trampın miqrasiya haqqındakı fərmanında Suriya, İraq, İran, Liviya, Yəmən, Sudan və Somali daxil olmaqla, 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişinə qadağası nəzərdə tutulub. Bu yaxınlarda isə prezidentin əmrinə əsasən İraq dövləti bu siyahıdan çıxarılıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər