Türk hərbçiləri İŞİD-in 32 yaraqlısını zərərsizləşdiriblər
1. 104 dəfə baxılıb
Türk hərbçiləri Suriyanın şimal hissəsində apardıqları əməliyyat nəticəsində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının 32 yaraqlısını məhv ediblər.
Selefxeber.az-ın məlumatına görə, Oxu.Az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, son sutka ərzində Türkiyənin hərbi təyyarələri İŞİD-in 21 mövqeyinə zərbələr endirib. Zərbələr nəticəsində binalar dağıdılıb, Əl-Bab və Bzaqa rayonlarında nəqliyyat vasitələri məhv edilib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”