Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türk hərbçiləri İŞİD-in 38 yaraqlısını məhv edib

Yanvar 05
17:28 2017

Türk hərbçiləri Suriyanın şimal hissəsində əməliyyat çərçivəsində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının 38 yaraqlısının məhv edildiyini bildiriblər.

Selefxeber.az-ın məlumatına görə, Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində Türkiyə təyyarələri İŞİD-in 28 mövqeyinə zərbələr endirib. Zərbələr nəticəsində sığınacaqlar, komanda mərkəzləri, nəqliyyat və silah məhv edilib.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:

“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər