Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türk ordusu əməliyyatlara başladı – Bərzaniyə mesaj

Sentyabr 18
16:34 2017

Türkiyə Silahlı Qüvvələri Habur sərhəd qapısında hərbi təlimlərə başlayıb.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, Türkiyə Baş Qərargahı bölgədə paralel olaraq terrorçulara qarşı əməliyyatların da aparılacağını açıqlayıb.
Sözügedən təlim və əməliyyatların Şimali İraq Kürd Muxtariyyətinin müstəqilliyi ilə bağlı keçirilməsi nəzərdə tutulan referendum müzakirələri ilə eyni vaxta düşməsi “Bərzaniyə mesaj” olaraq qiymətləndirilib.

Qeyd edək ki, Türkiyənin keçmiş prezidenti Abdulla Gülün keçmiş müşaviri Ərşad Hörmüzlünün sözlərinə görə, kürdlər müstəqillik qazansa, İraq 1926-cı il Ankara anlaşmasına əməl etməmiş olacaq. Yəni əgər İraqın şimalında hansısa dövlət qurulsa, razılaşma ləğv ediləcək və Mosulla Kərkük daxil olmaqla, İraqın şimalı Ankaranın idarəsinə keçəcək.

Digər xəbərlər