Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə 11 ölkədə 30-dan çox uşaq evi açıb – FOTO

Mart 03
17:32 2017

Türkiyənin İHH İnsanlara Yardım Vəqfi xeyirsevərlərin dəstəyi ilə dünyanın 11 ölkəsində kimsəsiz uşaqlar üçün 32 sığınacaq açıb.

Dünyada müxtəlif səbəblərlə yetim qalmış 400 milyona yaxın uşaq var. Hər il milyonlarla uşaq insan tacirləri, orqan mafyaları tərəfindən satılır və ya missionerlik fəaliyyətlərində istifadə edilir. Uşaqları bu kimi hallardan qorumaq üçün açılan uşaq evləri və yetimxanalar mühüm əhəmiyyət kəsb edir. Burada kimsəsiz uşaqlar yalnız sığınacaq tapmır, onlara təhsil verilərək gələcək həyat üçün hazırlanırlar.

Selefxeber.az-ın ihh.org.tr-yə istinadən xəbərinə görə, Əfqanıstan, Banqladeş, İndoneziya, Efiopiya, Filippin, Nepal, Pakistan, Somali, Tayland və Uqandada açılan uşaq evlərində hal-hazırda 2350 uşaq sığınacaq tapıb.

İHH türk fondu tezliklə yeni açılacaq olan uşaq evləri ilə təxminən daha 5 min yetimə sığınacaq verməyi nəzərdə tutur.

📷

yetimhane-fotograflar-10

yetimhane-fotograflar-9

yetimhane-fotograflar-1

Sələf Xəbər: Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.” (Qurani Kərim, “Bəqərə” surəsi, 261-ci ayə)

“Uca Allah qullarını öz mallarını Allah yolunda xərcləməyi və bu yolla gedərək Ona yaxınlaşmağa çağırır. Bu o deməkdir ki, möminlər öz mallarını faydalı biliklərin yayılmasına, Allah yolunda cihada hazırlaşmaya, müsəlman döyüşçülər üçün ləvazimatın və onların özlərinin hazırlanmasına və həmçinin müsəlmanların xeyrinə olan istənilən xeyriyyə layihələrinin həyata keçirilməsinə sərf etməlidirlər. Buraya habelə, ehtiyacı olanların, kasıbların və imkansızların xeyrinə ayrılan ianələr və sədəqələr da daxildir.
Belə ianələr və sədəqələr iki qat xeyir verir, axı onlar nəinki, ehtiyacı olanların ehtiyacdan xilas olmasına səbəb olur, həm də ardıcıl olaraq yaxşı əməllər yerinə yetirilməsinə və Allahı məmnun edən işlərin görülməsinə səbəb olur. Onlara görə mükafat isə, yeddi yüz dəfə və daha çox artırıla bilər. Məhz buna görə Allah deyir ki, O, istədiyi adama, onun qəlbində möhkəmlənmiş imanından, niyyətinin paklığından və sədəqələrinin verdiyi xeyirdən asılı olaraq, mükafatını artırır. Bir sıra yaxşı məqsədlərə yönəldilmiş sədəqələr uzun müddət bəhrə verir və onlardan gələn fayda müxtəlif olduğu halda, Allahın mükafatı həmişə edilən yaxşı əməlin növünə uyğun gəlir” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər