Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə Afrikada ən böyük məscid tikəcək

Noyabr 11
17:10 2016

Türkiyə şərqi Afrikada yerləşən Cibuti Respublikasında böyük bir məscid inşa edəcək.

Cibutidə 4000 nəfərin rahatlıqla ibadət edə biləcəyi məscidin tikintisinə Türkiyə Diyanət İşləri İdarəsinin sponsorluq etdiyi bilidirlir.

Selefxeber.az -ın “Daliy Sabah” – a istinadən məlumatına görə, Osmanlı padşahı Sultan II Abdulhəmidin adını daşıyacaq yeni məscidin 2 il müddətinə tikilib istifadəyə veriləcəyi gözlənilir.

Yeni tikilən məscid Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2015-ci il yanvar ayında Cibuti Respublikasına səfəri zamanı Cibuti Milli Məclisində çıxışından sonra başladılan inkişaf layihəsinin bir hissəsi olacaq.

10 hektarlıq bir sahəni əhatə edəcək və Osmanlı memarlıq üslubunda inşa olunacaq məsciddə konfrans zalı, tədris mərkəzi və kitabxana fəaliyyət göstərəcək.

Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah deyir: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Müqəddəs Quran, “Nur” surəsi, 36-cı ayə).

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).

Digər xəbərlər