Türkiyə Avropa ölkələrini utandırdı
900 dəfə baxılıb
Avropa Şurası Parlament Assambleyasının sədri Anne Brasseur 25 üzvdən ibarət olan nümayəndə heyəti ilə birlikdə Türkiyədə qonaq edilən 2 milyon suriyalıların qaldığı qaçqın düşərgələrini ziyarət edib.
“Sələf Xəbər”in Ntv.com.tr-yə istinadən məlumatına görə, ziyarətdən əvvəl Türkiyə mətbuatında yer alan məqaləsində Anne Brasseur bildirib ki, Türkiyənin Suriya və İraqdan gələn, təxminən 2 milyon qaçqını yerləşdirərək göstərdiyi comərdlik digər Avropa ölkələrini utanc içində buraxmışdır.
Qaçqın düşərgələrini ziyarət edən Anne Brasseur gördüklərini belə ifadə edib:
“Bir neçə həftə əvvəl Suriya sərhədindəki Elbəyli qaçqın düşərgəsini ziyarət etdiyimdə gördüklərimdən çox təsirlənmişdim. Qonşu Suriyadakı döyüşün səfaləti içində doğulmuş uşaqların oyun oynayarkən həyəcanla gülüşlərini gördüm. Peşə öyrənən və yeni iş imkanlarını tapan gənclər gördüm. Özlərinə ləyaqət və hörmətlə davranılan əlil və yaşlı qaçqınlar gördüm .
Türkiyənin bu gün Suriya və İraqdan olan, təxminən 2 milyon qaçqını sığınacaqla təmin etmək üçün göstərdiyi səyi təqdirəlayiqdir. Təxminən 260 mini müxtəlif düşərgələrdə, 1,5 milyondan çoxu isə ölkənin müxtəlif şəhərlərində yerli əhali içində yaşayan Suriyalı qaçqınları qəbul etməklə Türkiyə dünyanın ən çox qaçqını qonaq edən ölkəsi halına gəlmişdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, qaçqınlar yüksək standartlar çərçivəsində qəbul olunub və yerləşdiriliblər. Turkiyə qaçqınların ehtiyaclarını təmin etmək, onları yerləşdirmək üçün 5,5 milyard dollar məbləğində kifayət qədər yüksək vəsait xərcləmişdir.
Türkiyə və türk xalqı tərəfindən göstərilən comərdlik digər Avropa ölkələrini utanc içində buraxmışdır. Bəzi Avropa Birliyi ( AB ) ölkələrinin qaçqınlar üçün kvota sistemini rədd etməsi və immiqrant əleyhinə kampaniyaların artdığı bir dövrdə Türkiyə təmin etdiyi insani yardımla haqlı olaraq qürur duya bilər”.
“Yardıma qoşulmaq bütün Avropa qitəsi üçün yararlıdır”
Anne Brasseur onu da qeyd edib ki, Türkiyə bu artan yükü daha çox və təkbaşına daşıya bilməz. Suriyada döyüşlər davam etdiyindən, qaçqınların sərhədə axını da artmaqdadır. Sədrin sözlərinə görə, həftə ərzində o, Avropa Şurasının üzvü olan 20 ölkədən çox nümayəndə heyəti ilə birlikdə Elbəyli və Nizip düşərgələrini yenidən ziyarət edəcək. Ziyarətin məqsədi Türk qonaqpərvərliyinin sərhədsiz olmadığını , Türkiyənin köməyə ehtiyac duyduğunu və bu köməyin də bütün Avropa qitəsi üçün yararlı ola biləcəyini göstərməkdir.
“Türkiyə edə bildiyini edir, Avropa da payına düşəni etməlidir”
Avropa Şurası Parlament Assambleyasının sədri sonda onu da vurğulayıb ki, Türkiyəyə daha çox maliyyə dəstəyi verilməli, suriyalı qaçqınların Avropanın başqa yerlərində də yerləşmələri təmin edilməlidir. Nəticədə, bu bir şəxsi çıxar və ya siyasi məsələ deyil, yalnız insani bir mövzudur. İnsanların üzləşdiyi bu sıxıntıları aradan qaldırmaq hamımızın öhdəsinə düşən bir məsuliyyətdir. Türkiyə edə bildiyini edir. İndi də Avropa payına düşəni etməlidir.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Uca Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim, 4/ 2074/ № 2699)
Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımıza Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)