Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə Ermənistanla sərhəddə divar tikəcək

İyun 28
18:40 2017

Türkiyə hökuməti Suriya ilə sərhəddə təhlükəsizlik divarının tikintisini yekunlaşdırdıqdan sonra, belə bir layihənin Ermənistan və İran sərhədlərində də gerçəkləşdirmək niyyətindədir.

Selefxeber.az xəbər verir ki, “Eurasiadiary.az”ın məlumatına görə, bu barədə ANFNews informasiya agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Ermənistanla sərhəddə üç metr hündürlüyündə olacaq beton bloklardan ibarət divar Türkiyənin Ardahan, Qars və İğdır vilayətləri boyunca ucaldılacaq.

Divarla yanaşı sərhəddə işıqlandırma sistemi, müşahidə kameraları və sensorlar quraşdırılacaq.

Bildirilir ki, Türkiyə bu addımı terrorçuluqla mübarizə çərçivəsində atır.

Digər xəbərlər