Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə “Fırtına”ları İraq sərhədində

Oktyabr 03
17:01 2017

Türkiyə Silahlı Qüvvələri Şimali İraqla sərhəddə yerləşən Habur qapısının yaxınlığında həyata keçirdiyi təlimlər zamanı ilk dəfə “Fırtına” haubitsalarından atəş açıb.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, təlim zamanı quraşdırılmış düşmən hədəfləri haubitsalarla, tanklarla darmadağın edilib. Canlı döyüşlərdən fərqlənməyən təlimlər zamanı təkcə zirehli texnikanın deyil, türk əsgərinin də şücaəti nümayiş etdirilib.

Qeyd edək ki, türk ordusu Silopi rayonunun Habur sərhəd qapısının yaxınlığında 18 sentyabrdan bəri hərbi təlim keçir.

Digər xəbərlər