Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə hərbçiləri Suriyada İŞİD-in 272 hədəfini atəşə tutub

Yanvar 27
17:52 2017

Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının daha 22 silahlısı məhv edilib.

Selefxeber.az-ın məlumatına görə, “Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Türkiyə hərbçiləri əməliyyatın 157-ci günündə terrorçuların 272 hədəfini atəşə tutub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:

“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər