Türkiyə hərbçiləri Suriyada İŞİD-in 65 yaraqlısını məhv edib
1. 191 dəfə baxılıb
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı keçən sutka ərzində Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatı çərçivəsində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının 65 yaraqlısını məhv etdiyi barədə məlumat yayıb.
Selefxeber.az-ın məlumatına görə, bu barədə “Oxu.Az” RİA Novosti-yə istinadən xəbər verir.
“Hərbi Hava Qüvvələri tərəfindən Əl-Bab və Bzaqa rayonlarında endirdirilən aviazərbələr nəticəsində İŞİD-in 14 obyekti, o cümlədən 7 sığınacaq, 6 qərargah və bir silahla təchiz edilmiş nəqliyyat vasitəsi məhv edilib. İŞİD-in 65 yaraqlısı zərərsizləşdirilib”, – Türkiyənin Baş Qərargahından RİA Novosti-yə verilən məlumatda deyilir.
Məlumata görə, beynəlxalq koalisiya Tadif, Abu Cabbar və Uvayaşiya rayonlarında üç hava əməliyyatı keçirib. Əməliyyat zamanı İŞİD-in nəqliyyat vasitələri, tank və minaatanları məhv edilib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”