Türkiyə İraqda quru əməliyyatı keçirə bilər
1. 060 dəfə baxılıb
Mövlud Çavuşoğlu: “İraqdan Türkiyəyə təhdid olarsa, qurudan da əməliyyatlar daxil olmaqla bütün hüquqlarımızdan istifadə edəcəyik”.
Selefxeber.az bildirir ki, “Report”-un “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mosulla bağlı əməliyyatları dəyərləndirərkən deyib.
“İraqın Sincar və başqa bölgələrindən bizə yönəlik təhdid artarsa, quru əməliyyatlar da daxil omaqla beynəlxalq hüquqdan doğan bütün haqlarımız və gücümüzdən istifadə edərək, hədələri dəf edəcəyik”, – deyə nazir vurğulayıb.
Diplomat terrorçu PKK-nın Suriyadakı qolları “PYD” və “YPG” haqda da danışıb: “Amerikalılara söylədik, “PYD” və “YPG” Suriyanın Münbiç bölgəsindən çıxmazsa, biz onları öz imkanlarımızla çıxarmağın yolunu bilirik”
Qeyd edək ki, ötən gün Mövlud Çavuşoğlu İraqın təhlükəsizliyinin Türkiyənin təhlükəsizliyi qədər onlar üçün əhəmiyyətli olduğunu vurğulamışdı: “İraqın müxtəlif yerlərindən ölkəmizə terrorçu PKK silahlıları gəlir, hücumlar edirlər. Onlar indi də İraqın Sincar bölgəsində ikinci bir Kandil salmaq istəyirlər. PKK qruplaşmasının orada yerləşməsinə icazə verməyəcəyik”.