Türkiyə İŞİD-ə qarşı mübarizəyə qoşulub
1. 092 dəfə baxılıb
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerri Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Görüşlərdə iki ölkənin bölgədəki terror təşkilatlarına qarşı birgə mübarizəsi əsas müzakirə mövzusu olub.
Çankaya malikanəsində prezident Ərdoğanla baş tutan görüşdə İraq və Suriyadakı vəziyyət müzakirə olunub, terrorla mübarizədə kəşfiyyat məlumatlarının paylaşılması, eyni zamanda Suriya müxalifətinə logistik dəstək və humanitar yardımı davam etdirmək barədə razılıq əldə olunub.
Baş nazirlə görüş qapalı keçsə də, Ə. Davudoğlu ötən gecə “Kanal 24”-də canlı yayımda bu görüş barədə danışıb və qeyd edib ki, “İraq Şam İslam Dövləti” terror xəvaric qruplaşmasına qarşı mübarizənin strategiyası müzakirə olunub: “Terror təhlükəsinə qarşı ancaq İraqda döyüşüb, Suriyada heç nə etməsək, bu böhrana yol aça bilər. İstəsək də, istəməsək də, İraq, Suriya və Livan ortaq gərginlik bölgəsinə çevrilib. Birində vəziyyəti düzəldib, digərini unutmaq olmaz. Etnik və məzhəb ayrı-seçkiliyini aradan qaldırmaq, ərəb, kürd və türkmən millətçisi
olmayan şəxsləri bir araya gətirmək lazımdır”.
Davudoğlu həmçinin İraq hökumətindən olan narazılıqları və hökumətin kürd muxtariyyəti ilə yaşadığı problemləri Kerri ilə müzakirə etdiyini deyib.
M. Çavuşoğlu ilə görüşdə isə bölgədə ehtiyacı olan insanlara humanitar yardım məsələsi müzakirə olunub, regional münaqişələr, İraqın yeni hökuməti və Maliki dövründə İraqda buraxılan səhvlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə, və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! 9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”.
Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir. Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.(Muslim).
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah onu qorusun) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).