Türkiyə İŞİD və kürdlərin müdafiə qüvvələrinin 65 obyektini məhv edib
1. 272 dəfə baxılıb
Türkiyə ordusu Suriyanın şimalında “Ərəfat qalxanı” əməliyyatının gedişatında ötən sutka ərzində İŞİD xəvaric terror qruplaşmasının 52 və Suriya kürdlərinin müdafiə qüvvələrinin 13 obyektinə zərbələr endirib.
Selefxeber.az-ın məlumatına görə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş qərargahının məlumatında deyilir.
“Bizim Silahlı Qüvvələr İŞİD-in 52 və Suriya kürdlərinin Demokratik İttifaq Partiyasının – Kürdistan Fəhlə Partiyasının 13 hədəfini məhv edib. “Azad Suriya Ordusu” Əl-Rai rayonunda İŞİD-in göstərdiyi müqavimət üzündən irəliləyə bilmirdi. Döyüşlər zamanı müxalif ordunun 8 döyüşçüsü ölüb və 7 döyüşçü isə yaralanıb, türk hərbçiləri arasında itki yoxdur”, – məlumatda deyilir.
Qeyd edilir ki, əməliyyatın başlanmasından indiyə qədər 1510 kvadratkilometr sahədə yerləşən 187 yaşayış məntəqəsi azad edilib. Türkiyənin Baş qərargahı, həmçinin koalisiyanın HHQ keçirdiyi hava əməliyyatlarından da danışıb, bu əməliyyatlar zamanı zenit batareyası, nəqliyyat vasitəsi və İŞİD-in atəş mövqeyi məhv edilib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”