Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə koalisiya qüvvələrinin İncirlik hərbi bazasından istifadəsini məhdudlaşdıra bilər

Yanvar 05
16:51 2017

Rəsmi Ankara ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İncirlik hərbi bazasında yerləşməsinin məqsədəuyğunluğunu sual altına qoyub.

Selefxeber.az-ın məlumatına görə, “APA” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Veysi Kaynak deyib.

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərbi bazadan istifadəsi məsələsi hökumətin gündəliyində olub.

Qeyd olunur ki, Ankara ABŞ-ın Suriya məsələsində dəstək verməməsindən üzgündür.

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri İncirlik hərbi bazasından ABŞ ilə Türkiyə arasında imzalanan hərbi və iqtisadi əməkdaşlıq üzrə razılaşma əsasında istifadə edir.

Türkiyə Prezidenti Aparatının sözçüsü İbrahim Kalın isə bildirib ki, Türkiyənin bölgədə İŞİD-lə apardığı mübarizəyə müttəfiqləri də dəstək verməlidir: “Bölgədə terror dəhlizinin yaranmasına imkan verməyəcəyik. ABŞ Suriya müxalifətinə verdiyi sözü yerinə yetirsəydi, Hələbdə qətliam olmazdı. İncirlik bazasını bağlamaq hüququmuz var, amma əvvəlcə şərtlər dəyərləndirilməlidir”.

Digər xəbərlər