Türkiyə ordusu Suriyada 22 İŞİD xəvaric terrorçusunu məhv edib
1. 391 dəfə baxılıb
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD xəvaric terror qruplaşmasına qarşı əməliyyatları davam etdirir.
“Anadolu”nun məlumatına görə, avqustun 24-dən başlayan “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD-in mövqelərinə havadan və qurudan zərbələr endirilib.
Terror qruplaşmasına məxsus 103 hədəf məhv edilib.
Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda qeyd olunur ki, artilleriya zərbələri nəticəsində 22 terrorçu zərərsizləşdirilib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”