Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə prezidenti: Qərb Suriya üçün heç nə etməyib

Oktyabr 24
16:36 2016

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İnegöl əyalətində çıxışı zamanı bildirib ki, Qərb Suriya üçün heç nə etməyib.

Selefxeber.az -ın xəbərinə görə, bu barədə Oxu.az “Anadolu” agentliyinə istinadən məlumat verib.

Türkiyədə üç milyon suriyalı qaçqının olduğunu xatırladan Ərdoğan “Fərat qalxanı” əməliyyatının gedişatından danışıb.

“Hazırda əməliyyat iştirakçılarının əsas hədəfi Suriyanın Əl-Bab şəhəridir. Bizə deyirlər: “O şəhərə yaxın getməyin”, lakin biz bunu etməyə məcburuq və edəcəyik, çünki təhlükəsizlik zonasının formalaşdırılması prosesini sürətləndirmək lazımdır”, – Türkiyə prezidenti bildirib.

Ərdoğan qeyd edib ki, əgər Beynəlxalq Koalisiya Qüvvələri rəsmi Ankara ilə birlikdə fəaliyyət göstərsə, bu zaman Türkiyə Suriyanın Rakka rayonunda İŞİD terror qruplaşmasına qarşı lazımi tədbirlər görəcək.

“Biz ABŞ və Beynəlxalq Koalisiya ilə birgə fəaliyyət göstərməyə hazırıq”, – dövlət başçısı bildirib.

Ərdoğan həmçinin əlavə edib ki, rəsmi Ankaranın Suriya və İraqda heç bir ərazi iddiaları yoxdur.

Digər xəbərlər