Türkiyə Qüds məsələsini BMT-ə daşıyır – Ərdoğan
Dekabr 15
18:15
2017
2. 582 dəfə baxılıb
ABŞ-ın Qüdslə bağlı qərarının ləğvi üçün BMT nəzdində təşəbbüslərə başlayırıq.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
“Haqsız qərarın ləğvi üçün BMT-də çalışacağıq. 1937-ci ildən bu günə qədər Fələstin torpaqlarının necə hissə-hissə İsrailə verildiyi çox açıq və dəqiqdir. Mən də bütün təqdimatlarımda bunu ifşa etdim. 14 yaşındakı uşağın İsrailin 20 əsgəri tərəfindən döyülərək, sürünərək nəcə aparıldığını gördünüz. Bu ədalətsizliyin aradan qaldırılacağına inanırıq”, – Ərdoğan deyib.