Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə Rusiyadan `C-400` raket kompleksləri alır

Noyabr 18
16:58 2016

Türkiyə orta və uzaq mənzilli “C-400” zenit-raket komplekslərini almaq üçün Rusiya ilə danışıqlar aparır.

Selefxeber.az xəbər verir ki, “AzVision.az“-ın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. Nazirin sözlərinə görə, danışıqlar hazırda yalnız Rusiya ilə deyil, digər ölkələrlə də aparılır:

“Rusiyanın bu məsələ ilə bağlı mövqeyi müsbətdir. Ümid edirəm ki, NATO-ya üzv ölkələr buna ciddi yanaşacaqlar və bizim sistem alyansın tələblərinə uyğun olacaq. Yekun hədəfimiz bu sistemi ölkəmizdə istehsal etməkdir”.

Qeyd edək ki, Türkiyə hələ 2009-cu ildə bu raket komplesklərini Rusiyadan almaq istəyib. Lakin danışıqlar uğursuzluqla yekunlaşıb.

Digər xəbərlər