Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə Rusiyanın sanksiyalarına cavab hazırlayır

Yanvar 25
16:26 2016

Türkiyə ilk dəfə Rusiyanın 2015-ci ilin noyabrından tətbiq etdiyi sanksiyalara qarşı cavab tədbirləri görməyə hazırlaşır.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb. Qəzet bu sanksiyaların metallurgiya sahəsini əhatə edə biləcəyini qeyd edib.

“Metallurgiya sahəsindən başqa Rusiya məhsullarına qarşı hər hansı məhdudiyyətlərin qoyulması ehtimal edilmir”, – deyə qəzet mənbəyə istinadən yazır.

Xatırladaq ki, ötən il noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiya təyyarəsinin Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulmasından sonra Rusiya Prezidenti Vladimir Putin noyabrın 28-də Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək barədə fərman imzalayıb.

Yanvarın 1-dən isə tərəvəz, meyvə, gül, toyuq əti və duzun Türkiyədən Rusiyaya gətirilməsi qadağan edilib.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər