Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olur – Rəsmi açıqlama
1. 224 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa Birliyi (AB) əvəzinə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacağını açıqlayıb.
Selefxeber.az-ın məlumatına görə “Axar.az” xəbər verir ki, Pakistan və Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran prezident AB ilə danışıqların ləğv ediləcəyi xəbərdarlığını edib:
“Breksit” mənə görə gözəl bir hadisə oldu. Yəni Avropada digər ölkələr də bu yolu seçə bilər. Fransadan, İtaliyadan artıq bu tip fikirlər səslənir.
Bəziləri tənqid edə bilər, ancaq mənim fikrim Şanxay Əməkdaşlıq Təşkilatıdır. Niyə də olmasın? Bunu cənab Putin və Nazarbayevə də dedim. 5 ölkənin iştirakı ilə qurulan bu təşkilata sonradan Özbəkistan, Pakistan, Hindistan kimi ölkələr də daxil oldu. İran da daxil olmaq istəyir. Cənab Putin “Bunu müzakirə edirik”, dedi. Ümid edirəm ki, Türkiyənin təşkilata üzvlüyü ölkəmizə əlavə üstünlük qazandıracaq”.
Qeyd edək ki, artıq Rusiya tərəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyini alqışlayıb.
Dumanın Müdafiə Komitəsinin üzvü Aleksey Puşkov Tvitter hesabında məsələyə münasibət bildirərək bunu olduqca məntiqli addım adlandırıb:
“Türkiyənin ŞƏT-ə üzvlüyü Ərdoğan üçün məntiqli bir addım olardı. Bu təşkilat Avropa Birliyindən fərqlidir və onun yerinə keçə bilməz. Ancaq birlikdən fərqli olaraq ŞƏT üzvləri tamamilə müstəqildir”.