Türkiyə sərhəddə 25 metrlik nəzarət qüllələri tikir
İyul 10
16:14
2017
954 dəfə baxılıb
Türkiyənin Kilis bölgəsində Suriya sərhədinə 5 qatlı, 25 metr yüksəkliyində nəzarət qüllələri inşa edilir.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, ağıllı silahlar və avtomatik anons sistemləri ilə təchiz ediləcək yeni qüllələr yüksəkliyinə görə Türkiyədəki ilk nəzarət qüllələri olacaq.
Bu qüllələrdə çalışacaq əsgərlər üçün tualet, mətbəx və yataq otağı da inşa ediləcək.
Qeyd edək ki, yeni qüllələr Suriyadan qeyri-qanuni yolla ölkəyə daxil olmaların qarşısının alınması məqsədi ilə tikilir. Bu qüllələrdən əlavə sərhəddə 8 metr hündürlüyündə nəzarət qüllələri mövcuddur.