Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə silahları ora çevirir – 4 hədəf və yeni hücum planları

Oktyabr 23
16:37 2017

ABŞ-ın dəstəyi ilə Rakkanı İŞİD-dən təmizləyən Suriya Demokratik Qüvvələrinin (SDQ) (PKK/PYD-nin silahlı qanadı YPG-dən təşkil olunmuş qüvvələr – red.) mərkəzi meydanda PKK lideri Abdullah Öcalanın fotosunu qaldırması Türkiyənin sərt reaksiyasına səbəb olub.

Selefxeber.azPublika.az“a istinadla bildirir ki, Türkiyə mediası Ankaranın yeni müdaxilə planlarının qurduğunu yazıb.

Suriyada vətəndaş müharibəsi başlayandan indiyə kimi Türkiyənin qarşısında dörd məsələ var:

1. Suriyanın daxilində PKK-nın hərəkət etməsinin qarşısını almaq;
2. Suriyada baş verənlərin türk torpaqlarına təsirinin qarşısını almaq;
3. Əsəd rejiminin getməsi və siyasi həll yolunun tapılması;
4. ABŞ və Rusiyanın bölgədə apardığı proseslərin daxilində hansı rolu daşımaq;

Əl-Bab əməliyyatı uğurla başa çatdı, hazırda İdlib əməliyyatı aparılır. Yerli mənbələr yaxın gələcəkdə Türkiyənin bu əməliyyatı da uğurla başa çatdıracağını hesab edirlər. Ardınca silahlar Afrinə doğru çevriləcək. “Ankara bunu çox istəyir, lakin bu, Rusiyanın mövqeyindən asılı olacaq” deyə siyasi və hərbi mənbələr qeyd edirlər.

Ekspertlər Türkiyənin Suriya daxilində İdlib və Afrindən sonra Rakkanı da hədəfə ala biləcəyini düşünürlər.

Digər xəbərlər