Türkiyə Suriya ilə sərhəddə 290 km uzunluqda divar hörüb – FOTO
Mart 01
15:58
2017
1. 163 dəfə baxılıb
Türkiyə Suriya ilə sərhədə divar hörmək üçün planlaşdırdığı genişmiqyaslı layihəni davam etdirir. Artıq inşaası nəzərdə tutulan 511 kilometrlik sədd divarın 290 kilometri hörülüb. Divarın ümumi uzunluğu isə 911 kilometr təşkil edəcək.
Selefxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, beton divar zəruri halda sökülüb yenidən başqa bir yerə köçürülə bilən mobil konstruksiyaya malikdir. Hündürlüyü 3 metr olan divar çəkisi 7 tonn ağırlığına malik beton hissələrlə hörülüb. Bundan başqa, divar tikanlı məftillərlə də əhatə olunur.
Divarın tikilməkdə məqsədi Türkiyə-Suriya ilə sərhəddə qanunsuz keçidin və qaçaqmalçılığın qarşısını almaqdır.