Türkiyə-Suriya sərhədi boyu beton divarın inşası iyulda başa çatdırılacaq
İyun 12
17:50
2017
1. 036 dəfə baxılıb
Türkiyə hökuməti Suriya ilə dövlət sərhədi boyu beton divarın çəkilini davam etdirir.
Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən xəbərinə görə, qardaş ölkənin milli müdafiə naziri Fikri İşıq inşaat işləri ilə tanış olmaq üçün bölgəyə səfər edib.
Ümumi uzunluğu 828 kilometr olan sərhəd xəttinin 600 kilometrlik hissəsində beton divarın çəkilişi başa çatdırılıb. Tikinti işlərinin iyulun sonunadək başa çatdırılması nəzərdə tutulub.
Nazir Fikri İşıq bildirib ki, təhlükəsizlik tədbirləri sadəcə divar və yol tikintisi ilə yekunlaşmır. Bütün sərhəd zolağında elektron müşahidə sistemi və müşahidə qüllələri üçün müasir texniki avadanlıq quraşdırılacaq.