Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə Suriyanın Afrin bölgəsində quru əməliyyatı keçirəcək

İyun 29
17:16 2017

Türkiyə Suriyanın Afrin bölgəsində quru əməliyyatı keçirəcək.

Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələri YPG (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu – red.) terror təşkilatının nəzarəti altında olan Afrində əməliyyat üçün hazırlıqlarını başa çatdırıb.

2014-cü il yanvarın 24-dən Afrinə nəzarət edən YPG bu müddət ərzində müxtəlif nöqtələrdən Türkiyə ərazisinə 17 dəfə atəş açıb. YPG silahlılarının Hələbdən qaçan və Türkiyəyə keçmək istəyən insanlara atəş açması, yaxud da onlardan xərac alması Ankaranın səbrini daşıran son hadisə olub. Türkiyə terror təşkilatının hücumlarının qarşısını almaq üçün bölgədə quru əməliyyatının keçirilməsi barədə qərar qəbul edib. Bu istiqamətdə hazırlıq 38 gün əvvəl başlanıb.

Rusiya ilə ikinci dəfə qarşı-qarşıya gəlmək istəməyən Ankara son 12 gündə 9 dəfə Moskva ilə danışıqlar aparıb. Türkiyə Rusiya əsgərlərinin əməliyyatdan əvvəl bölgədən çəkilməsi istiqamətində əhəmiyyətli məsafə qət edib.

Rusiyanın diplomatik mənbələrin verdiyi məlumata görə, Afrin əməliyyatdan sonra təhlükəsiz bölgə olacaq. Burada Türkiyə və Rusiya hərbiçilərinin birgə təhlükəsizliyini təmin edəcəyi İdlib modeli tətbiq olunacaq.

Əməliyyatın ən az 70 gün davam etməsi gözlənilir.

Sələf Xəbər: Təəssüf ki, bu gün müxtəlif növ nümayişlər, inqilablar, xaos və… haram edilmiş insan qanının tökülməsinə həsrət çəkən bir çox emosional insanlar var. Uca Allah bu vəziyyəti geniş əhatəli mənası olan ayədə belə təsvir edir: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə).

Orta əsrin böyük İslam alimi şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyirdi: “Sünnə ardıcıllarının əksəriyyəti rəhbərlərə qarşı, hətta əgər onlar ədalətsizlik edirsə belə, üsyan etməyi və onlarla silahlı mübarizə aparmağı halal hesab etmirlər, səhih hədislər də bunu göstərir. Məsələ ondadır ki, döyüşlərin gətirib çıxaracağı fəsad və fitnənin yayılması döyüşsüz və fitnəsiz rəhbərlərin ədalətsizliyindən daha çox ziyan gətirəcəkdir. Demək olar ki, tarixə məlum olan hakimiyyət sahibinə qarşı bütün üsyanlar onlardan əvvəlki vəziyyətdən daha böyük şər ilə qayıdırdı”. (Bax “Minhəc əs-Sünnə ən-nəbəviya”, 3/390)

Digər xəbərlər