Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyə Suriyaya girir

Sentyabr 15
17:09 2017

Türkiyə hərbçilərinin mülki şəxsləri qorumaq üçün Suriyanın İdlib şəhərində hansı ərazilərə yerləşəcəyi Astanada keçirilən görüşdə dəqiqləşib.

Qazaxıstanın paytaxtı Astanada təşkil edilən Suriya böhranı üzrə görüşlərin 6-cı turunda İdlib şəhərinin aqibəti ilə bağlı önəmli qərar qəbul edilib.

Selefxeber.az-ın “Trend”ə istinadən məlumatına görə, Türkiyə mətbuatı yazır ki, ABŞ-ın “əl-Qaidə”yə qarşı mübarizə” adı altında hücuma hazırlaşdığı şəhərdə təhlükəsizliyi Türkiyə, Rusiya, həmçinin İrandan dəstək alan Suriya hökuməti silahlı birləşmələri təmin edəcək.

Görüşdə uzun müddətdir Suriya ilə sərhəddə əməliyyata hazırlıq görən Türkiyə hərbçilərinin İdlibdə hansı ərazilərə yerləşəcəyi də dəqiqləşib. Belə ki, bu ay ərzində keçirilməsi planlaşdırılan əməliyyatla Türkiyə hərbçiləri Hatay vilayətinin Yayladağı və Reyhanlı rayonlarından Suriya ərazisinə daxil olaraq, İdlibin 35-50 kilometrliyinə qədər irəliləyəcəklər.

Türkiyə əməliyyata “Azad Suriya Ordusu” qüvvələri ilə birlikdə 25 min hərbçi ilə qatılacaq. Digər ərazilərdə təhlükəsizliyi isə Rusiya və İran-Əsəd rejimi silahlı birləşmələri təmin edəcək.

Digər xəbərlər