Türkiyə tarixi qələbəyə görə İraqı təbrik etdi
1. 058 dəfə baxılıb
Türkiyə Xarici İşlər Nazirliyi İraqın İŞİD-ə qarşı mübarizəsinin uğurla nəticələnməsi münasibətilə Bağdad hökumətini təbrik edib.
Selefxeber.az “Axar.az”a istinadən xəbər verir ki, nazirlik yaydığı açıqlamada İŞİD-lə mübarizədə həlak olan qəhrəmanlara Allahdan rəhmət diləyib.
“Bundan sonra azad edilən bölgələri abadlaşdırmaq, İraq qurumlarını gücləndirmək və iraqlı qardaşlarımız arasında milli bərabərliyi təmin etmək lazımdır”, – açıqlamada deyilir.
Qeyd edək ki, İraqın Baş naziri Heydər Abadi İraq torpaqlarının İŞİD terror qruplaşmasından tamamilə azad edildiyini açıqlayıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”