Türkiyə terroru dayandıra bilməz, çünki… – Suriya
1. 792 dəfə baxılıb
Suriyada Bəşər Əsədin partiyası Baasın üstünlük təşkil etdiyi parlamentin baş katibi Xalid Əbdud hökümət kəşfiyyatının terror təşkilatı İŞİD-in içinə sızdığını və istiqamətləndirdiyini etiraf edib.
Selefxeber.az-ın məlumatına görə, “Eurasia Diary” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Əbdud Türkiyəni üstü örtülü təhdid edərək, İŞİD-in Türkiyədəki təxribatlarını ancaq rejimlə əməkdaşlıq edərək dayandırıla biləcəyini bildirib.
Siyasətçi hökümətin televiziya kanallarından “Suriya Televiziyası”nda yayımlanan bir proqramda rejimin İŞİD-lə əlaqələri haqda danışıb.
“Sənə bir sual vermək istəyirəm, İŞİD, Əl- Nüsra terror təşkilatları haradadır? Bəs digər cihadçı qruplar? Təbii ki, Dəməşq ətrafında. Yaxşı bəs, niyə Dəməşqdə partlayış olmur? Niyə Türkiyənin bəzi şəhərlərində partlayışlar olur?
Mən bununla bağlı əvvəllər də sizlərlə danışmışam. Suriyanın təhlükəsizlik təşkilatları, kəşfiyyatı, bu cür şəbəkələrin içinə sızmağı bacarıb. Türkiyədə baş verənləri heç kim dayandıra bilməz. Yalnız bir yolu var. Suriyanın təhlükəsizlik təşkilatları ilə əməkdaşlıq edilsə qarşısı alına bilər. İordaniyada təhlükəsizlik qüvvələrinə qarşı təşkil edilən hücumlara baxın. Suriya dövləti İordaniya və Türkiyə regionunda baş verən hadisələrlə əlaqədar geniş məlumatlara malikdir.”
Qeyd edək ki, Əbdud Əsədə yaxın siyasətçilərdən biridir və Suriya parlamentinin baş katibidir.