Türkiyə və ABŞ Suriyada “təhlükəsizlik zonası”nın yaradılmasına razılaşma əldə ediblərmi?
733 dəfə baxılıb
“Sələf Xəbər” trend.az saytına istinadən bildirir ki, Türkiyə və ABŞ Suriyanın şimalında “təhlükəsizlik zonası”nın yaradılmasını razılaşdırıblar.
Trend-in “CNN Türk” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbərinin müavini Feridun Sinirlioğlu bildirib.
Məlumata görə, təhlükəsizlik zonasının uzunluğu 98 km, eni isə 45 km təşkil edəcək və “Azad Suriya Ordusu”nun dəstələri tərəfindən patrul ediləcək.
XİN rəhbərinin müavini qeyd edib ki, İŞİD yaxud PKK təhlükəsizlik zonasına soxulduqda ABŞ və Türkiyə hərbi qüvvələri dərhal onlara zərbələr endirəcək.
“Sələf Xəbər” alarabiya.net saytına istinadən bildirir ki, ABŞ xarici işlər nazirliyindən belə bir razılaşmanın olmadığı haqda məlumat verilib.
ABŞ xarici işlər nazirliyinin sözçüsü Mark Toner bu haqda soruşulduqda, deyilənləri inkar edib və jurnalistlərlə görüşdə bunları deyib: “Biz rəsmi danışıqlar zamanı olduqca açıq danışmış və demişik ki, heç bir təhlükəsizlik zonası yoxdur və bu müzakirə olunmur. Biz bölgədən İŞİD-in çıxarılması üçün görülən işləri müzakirə edirik.”