Türkiyə yeni uzaqmənzilli raketini sınaqdan keçirdi
May 11
17:43
2017
1. 014 dəfə baxılıb
Türkiyə öz istehsalı olan raketin sınağını keçirib.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Müdafiə naziri Fikri İşıq söyləyib.
Nazir “Bora” adlı raketin sınağının Sinopda keçirildiyini bildirib.
Qeyd edək ki, Bora raketinin hazırlanmasına 2009-cu ildən başlanılıb. Raketin ağırlığı 2500 kiloqramdır. Onun maksimum məsafədə yerləşən hədəfdən yayınma ehtimalının 45-50 metr olduğu bildirilir. Raketin nə qədər məsafədəki hədəfləri məhv etmə gücündə olduğu bilinmir. Bəzi mənbələr bunun 300 kilometr, digərləri isə 500 kilometrdən yuxarı olduğunu deyirlər.