Türkiyədə 10 gündə 283 İŞİD-çi tutulub
1. 008 dəfə baxılıb
Türkiyənin İstanbul şəhərində təhlükəsizlik qüvvələri tərəfindən İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib. “NTV” telekanalı xəbər verir ki, şəhərin yeddi rayonunda keçirilən antiterror əməliyyatda 82 şübhəli şəxs saxlanılıb.
Saxlanılan şəxslər Suriyada döyüş əməliyyatlarında iştirak etməkdə şübhəli bilinirlər. Ötən gün isə Ankarada keçirilən əməliyyat zamanı İŞİD-in 111 üzvü saxlanılıb.
Qeyd edək ki, noyabr ayının əvvəlindən Türkiyədə terrorla mübarizə və kəşfiyyat idarəsinin əməkdaşları tərəfindən müxtəlif səmtlərdə həyata keçirilən əməliyyatlarda ümumilikdə 283 nəfər saxlanılıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”