Türkiyədə 6 İŞİD üzvü saxlanılıb
1. 130 dəfə baxılıb
Türkiyədə böyük siyasi terrorun qarşısı alınıb.
Selefxeber.az xəbər verir ki, “APA”nın “NTV” telekanalına istinadən verdiyi məlumata görə, ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) yürüşünə hücum hazırlayan 6 İŞİD xəvaric terror qruplaşmasının üzvü saxlanılıb.
CHP lideri Kamal Kılıçdaroğlunun da iştirak etdiyi və bir neçə gündür davam edən yürüşə hücum etməyə hazırlaşan İŞİD-çilər Kayseri, Kocaeli və Nevşehir şəhərlərində zərərsizləşdiriliblər. İlkin məlumata görə, iki İŞİD xəvaric terror qruplaşmasının üzvü Suriyadan gələn təlimata uyğun olaraq, mikroavtobus kirayələyib və CHP-nin yürüşünün davam etdiyi Kocaeliyə getmək istəyib. Lakin hüquq-mühafizə orqanları bundan xəbər tutub və onların təqibinə başlanılıb. Mikroavtobusu yürüş iştirakçılarının üstünə sürməyi planlaşdırılan hər iki şəxs Kocaelidə saxlanılıb.
Terrorçular CHP-çilərin 400 metrliyində zərərsizləşdiriliblər. Onlara yardım edən daha dörd nəfər isə Kayseri və Nevşehirdə tutulub.
Kayseri valisi Süleyman Kamçı bildirib ki, terrorçuların kirayələdiyi mikroavtobusda hakim Ədalət və İnkişaf Partiyasının bayraqları aşkarlanıb. Terror aktının məqsədi Türkiyədə təxribat törətmək və qarışıqlıq yaratmaq olub.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”