Türkiyədə 734 yaşlı yeraltı məscid ibadətə açılacaq – FOTO
1. 541 dəfə baxılıb
Türkiyənin Qaziantəp şəhərində yerin 7 metr altında yerləşən, Səlcuqlu arxitekturasının xüsusiyyətlərini özündə daşıyan “Pişirici Məscidi” təmir işlərinin ardından təxminən 1,5 ay sonra istifadəyə veriləcək.
Selefxeber.az-ın “Anadolu Agentliyi”-nə istinadən xəbərinə görə, yeraltı məscid 80 ildən sonra ilk dəfə olaraq ibadət üçün açılacaq.
1285-ci illərdə tikilmiş Pişiriçi yeraltı su anbarı qədim zamanlarda uzaqdan gələn suyun çirklənməsinin və buxarlanmasının qarşısını almaq, əhaliyə təmiz suyun paylanmasını təmin etmək məqsədilə tikilən ən qədim su anbarlarından biridir. Tarixi əhəmiyyətli tikilidə hovuz, hamam, dəstəmaz üçün ayrılmış sahələrlə yanaşı, paltar, yun yumaq üçün xüsusi yerlər də var. İnsanlar qədim yeraltı tikilidən istirahət və sərinləmək məqsədilə də istifadə ediblər.
Burada tapılan “Pişirici Məscidi” isə 734 illik yaşa malik, 80 il əvvəl əhalinin ibadət etdiyi qədim məkanlardan biri olub.
Belə unikal bir tikiliyə dünyanın heç bir yerində rast gəlinmədiyini bildirən şəhər bələdiyyə başçısı Mehmet Təhməzoğlunun sözlərinə görə, restavrasiya işləri bitdikdən sonra tarixi məkana gələn ziyarətçilərin sayının daha da artacağı gözlənilir.
Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah deyir: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Müqəddəs Quran, “Nur” surəsi, 36-cı ayə).