Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyədə 76 min nəfər işdən çıxarıldı, 16 min nəfər həbs olundu

Avqust 11
16:18 2016

Türkiyədə 15 iyul tarixində baş vermiş hərbi çevrilişə cəhddən sonra həbslər davam edir.

Türkiyə Daxili İşlər naziri Əfqan Ala bildirib ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra FETÖ terror təşkilatına qarşı həyata keçirilən əməliyyat çərçivəsində 76100 dövlət qulluqçusu işdən azad olunub, 5171 nəfər tutulub, 16899 nəfər isə həbs edilib.

“Sələf Xəbər”in “Hürriyət”ə istinadən xəbərinə görə, həbs edilənlərdən 3083-ü polis, 7248-i əsgər, 2288-i hakim və prokuror, 119-u mülki idarə komandiri, 161 nəfəri isə sıravi vətəndaşlardır.

Türkiyə Daxili İşlər naziri Əfqan Ala qeyd edib ki, 7173 nəfər nəzarət altında qalmaq şərti ilə, 3601 nəfər tam sərbəst buraxılıb. Həmçinin, onlardan 9-u general olmaqla, daha 190 hərbçi və 96 polis əməkdaşı isə axtarışdadır.

Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyirdi: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir, və əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir, və nümayişlərlə gəlməmişdir, və mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeydi-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə, və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”

Digər xəbərlər