Türkiyədə azərbaycanlı İŞİD-çiyə həbs cəzası verildi
Oktyabr 20
16:20
2017
1. 124 dəfə baxılıb
Türkiyədə azərbaycanlı İŞİD xəvaric dəstəsinin üzvünə hökm oxunub.
Selefxeber.az xəbər verir ki, bu barədə “Qafqazinfo.az” Türkiyə KİV-ə istinadən məlumat verir.
Məlumata əsasən, məhkəmə Azərbaycan vətəndaşı olan Hati Hüseynova 7 il 6 ay həbs cəzası verib.
Azərbaycan vətəndaşı ilə yanaşı, Suriya, Monqolustan, Özbəkistandan olan İŞİD-çilərə də hökm oxunub.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”