Türkiyədə böyük həbslər davam edir
Avqust 02
17:36
2016
699 dəfə baxılıb
Türkiyədə iyulun 15 -də dövlət çevrilişində cəhddə əli olan Fətullah Gülənin terror təşkilatı (Türkiyə KİV-lərinin dili ilə “FETÖ”) ilə bağlı keçirilən istintaqlar davam edir. İstanbulda Fətullah Gülən hərəkatında əli olan 250 hakim və prokuror həbs olunub.
Həmin şəxslər terror təşkilatına üzv olmaqda günahlandırılır.
“Sələf Xəbərin” “Milliyyət” qəzetinə istinadən məlumatına əsasən, hazırda axtarışda olan daha 51 hakim və prokurorun saxlanılması barədə də qərar çıxarılıb.
Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyirdi: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir, və əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir, və nümayişlərlə gəlməmişdir, və mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeydi-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə, və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”