Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyədə fövqəladə vəziyyət rejimində yeni qərarlar açıqlanıb

Avqust 25
17:49 2017

Türkiyə Milli İstihbarat Təşkilatı (Milli Kəşfiyyat Təşkilatı) ölkə prezidentinin birbaşa tabeliyinə verilib.
Selefxeber.az-ın məlumatına görə, “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı qərar “Resmi Gazete”də dərc olunub.

Fövqəladə vəziyyət rejimində qəbul olunan qanun hökmündə qərara əsasən, Milli İstihbarat Təşkilatı (MİT) rəhbərinin başçılıq etdiyi MİT Əlaqələndirmə Qurumuna da bundan sonra prezident sədrlik edəcək. Bundan sonra prezidentin razılığı olmadan MİT rəhbəri barəsində cinayət işi açıla və ya hansısa araşdırma üçün istintaqa çağırılaraq dindirilə bilməz.

Sənədə görə, bundan sonra Türkiyə Silahlı Qüvvələri və Müdafiə Nazirliyinin əməkdaşları ilə bağlı bütün xidməti informasiyaları MİT toplayacaq, təhlil edəcək və aidiyyatı qurumlara ötürəcək.
Qərara əsasən, Türkiyə yüksək təhsil qurumlarından 120 elm adamı, Müdafiə Nazirliyinin 19, Silahlı Qüvvələrin Baş Qərargahının 1, Quru Qoşunları Komandanlığının 106, Dəniz Qüvvələri Komandanlığının 40, Hava Qüvvələri Komandanlığının 59 əməkdaş işdən azad edilib.

Qeyd edək ki, indiyə qədər MİT rəhbəri Nazirlər Kabinetinin üzvü olmaqla yanaşı təyinatı parlamentdə təsdiqlənirdi.

Digər xəbərlər