Türkiyədə HDP liderləri həbs olundu
Noyabr 04
18:18
2016
1. 286 dəfə baxılıb
Türkiyədə terrorla mübarizə çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) millət vəkillərinə qarşı əməliyyat keçirilib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyatlar Diyarbəkir, Van, Hakkari, Şırnak və Bingöl bölgələrində baş tutub. HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da daxil olmaqla 11 deputat həbs olunub.
Polis S.Dəmirtaşı Diyarbəkirdəki evində, F. Yüksəkdağ isə Ankaradakı evində saxlayıb.
Bundan başqa Fərhad Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Ziya Pır, Sırrı Sürəyya Öndər və Gülsər İldırımın da həbs edildiyi qeyd edilib.