Türkiyədə icra hakimiyyəti binasını raketlə vurublar
Noyabr 10
16:40
2016
1. 118 dəfə baxılıb
Türkiyənin cənub-şərqində yerləşən Mardin əyalətinin Derik rayonunun icra hakimiyyəti binasında törədilən partlayış nəticəsində icra başçısı da daxil olmaqla 3 nəfər yaralanıb.
Selefxeber.az-ın məlumatına görə “Report” “Haber-7″yə istinadən xəbər verir ki, hadisə terrorçu PKK qruplaşmasının icra hakimiyyəti binasını raketlə atəşə tutması nəticəsində baş verib.
İcra başçısı Məhəmməd Fatih Safitürk Diyarbəkirdəki Dicle Universitetinin xəstəxanasına yerləşdirilib.
İnformasiyaya əsasən, əvvəlki icra başçısı terrorçuluğu dəstəklədiyi üçün işdən azad ediləndən sonra onun yerinə Məhəmməd Fatih Safitürk təyin olnub.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).