Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyədə İŞİD əməliyyatı – 245 şübhəli saxlanıldı

Noyabr 09
15:32 2017

Türkiyənin paytaxtı Ankarada İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına görə, 250 ünvanda təşkil edilən əməliyyat nəticəsində 245 şübhəli şəxs saxlanılıb, onlardan 101 nəfəri həbs edilib.

Əməliyyatda Ankara Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə və Kəşfiyyat şöbəsinin 1500 əməkdaşı iştirak edib.

Aralarında İŞİD-lə bağlantısı olan “Tatlıbal qrupu” üzvlərinin də olduğu şübhəli şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı çox sayda təşkilati və dijital materiallar tapılıb.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər