Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyədə olan suriyalı qaçqınlar hər ay 30 avro alacaq

Sentyabr 27
17:15 2016

Avropa İttifaqı Türkiyə ərazisində olan suriyalı qaçqınlara hər ay 30 avro ödəmək niyyətindədir.

Selefxeber.az-ın məlumatına görə, Oxu.Az xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.

Məlumata görə, vəsait oktyabr ayından bank kartlarına köçürüləcək. Proqramın həyata keçirilməsi Türkiyə hakimiyyətinin dəstəyi ilə Qırmızı Ayparanın türk filialı və BMT-nin Dünya ərzaq proqramı tərəfindən həyata keçiriləcək.

Humanitar yardım və böhranın idarə edilməsi üzrə Avropa komissarı Xristos Stiliandidisin fikrincə, bu ödəmələr qaçqınlara “normal həyat” hissini geri qaytaracaq.

“Bu addım böhrana cavabdır”, – deyə, Xristos Stiliandidis sözlərinə əlavə edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).” (Müqəddəs Quran, “Hud” surəsi, 6-cı ayə).

“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizəolunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər