Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyədə partlayış olub – VİDEO

Avqust 18
17:50 2016

Türkiyənin Elazığ bölgəsi Təhlükəsizlik İdarəsinin yaxınlığında partlayış olub. Terrorçu PKK qruplaşmasının törətdiyi terror nəticəsində 3 nəfər şəhid olub, 146 nəfər yaralanıb. Məlumata görə, yaralılardan 14 nəfərinin vəziyyəti ağırdır.

Selefxeber.az-ın məlumatına görə, “Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu haqda Elazığ valiliyi açıqlama yayıb.

Elazığ bələdiyyəsinin sədr müavini Mahmud Varol “Haberturk”ə açıqlamasında bildirib: “Partlayıcı yüklü avtomobilin partladılması nəticəsində Təhlükəsizlik İdarəsinin binası qarşısındakı maşınlar yanıb. Partlayışın səsini bələdiyyə binasında da eşitdik. Partlayış güclü idi. Elə bildik bələdiyyə binasına bomba atdılar. Halbuki Elazığ bölgəsi Təhlükəsizlik İdarəsi ilə bələdiyyə arasında 5 km məsafə var”.

🎬

Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).

Digər xəbərlər