Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyədə polis məntəqəsinə hücum, ölən və yaralananlar var – FOTO+VİDEO

Avqust 15
18:07 2016

PKK terrorçuları Türkiyənin Diyarbəkir şəhəri, Çınar rayonunda polis nəzarət-buraxılış məntəqəsinin qarşısında partlayış törədiblər. Partlayış nəticəsində 2-si polis olmaqla 3 nəfər ölüb.

Selefxeber.az-ın məlumatına görə, “Report” “Haberturk”ə istinadən xəbər verir ki, partlayış nəticəsində 5 metr dərinliyində, 10 metr genişliyində çuxur yaranıb.

Məlumata görə, hadisədə 8-i polis olmaqla 25 nəfər isə yaralanıb.

Hadisə Diyarbəkir-Mardin avtomobil yolunda minalanmış avtomobilin partladılması nəticəsində baş verib.
Partlayışdan sonra terrorçularla hərbçilər arasında silahlı atışma olub. Hadisə yerindən qaçan terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir.

📷

turkiye-1

turkiye-3

turkiye-2

turkiye-4

🎬

Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).

Digər xəbərlər