Türkiyənin Ədliyyə naziri: “Bütün şeytanlar toplaşıb yalnız İŞİD kimi qruplaşma qura bilərdi”
780 dəfə baxılıb
“Bütün şeytanlar bir yerə toplaşsa və “insanları İslamdan, müsəlmanlardan nifrət etdirib uzaqlaşdırmaq üçün necə bir layihə qurmalıyıq?” – deyə düşünsəydilər, yalnız İŞİD terror təşkilatı kimi bir təşkilat yarada bilərdilər”.
Selefxeber.az-in “Haber Türk”-ə istinadən xəbərinə görə, bu sözləri Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ öz Tvitter səhifəsində İŞİD xəvaric terror qruplaşması haqqında yazdığı açıqlamada ifadə edib. Nazir həmçinin İŞİD-in beynəlxalq qüvvələr tərəfindən yaradılan bir terror təşkilatı olduğunu da vurğulayıb:
“İŞİD-i yaradıb müsəlmanların başına bəla edən alçaq və qaranlıq beynəlxalq qüvvələr Türkiyəni İŞİD-ə dəstək verməkdə günahlandıraraq hər kəsi bu böhtana inandırmağa çalışır. Kim “Türkiyə İŞİD-ə yardım edir” iftirasını dilinə gətirsə, bilin ki, o, Türkiyənin düşmənidir”.
“İŞİD terror təşkilatının məqsədi insanları İslamdan, Qurandan, sünnədən uzaqlaşdırmaq, Muhəmməd Peyğəmbərə və müsəlmanlara qarşı nifrət yaratmaqdır. İŞİD bu vəziyyəti ilə müsəlmanın “İslam budursa, mən bu dində yoxam.” – deyərək, İslamdan soyumasını və uzaqlaşmasını təmin etməkdir.” – deyən Bozdağ bu sözlərinə əlavə olaraq qeyd edib ki, bu layihəni hazırlayanların digər məqsədi Yaxın Şərqdə siyasi hədəflərə nail olmaq üçün lazımi şəraitin yaradılmasıdır.
İŞİD xəvaric terror qruplaşması sıralarında 140-dan çox ölkədən terrorçunun olduğunu xatırladan nazir dövləti, milliyyəti, vətəni, dini, dili, irqi, mədəniyyəti, ailəsi, təhsili və yetişmə tərzi fərqli olan insanların ABŞ, Avstraliya, Avropa Birliyi, Afrika və Asiyadan kimlər tərəfindən və hansı üsullarla razı salınaraq qruplaşmaya qoşulduğunu öyrənməyin əhəmiyyətli olduğunu bildirib.
“Tarixi 10 ili keçməyən bir təşkilat 140 ölkənin dilini bilən terroristlər yetişdirib bu ölkələrdən insanları öldürmək və ölmək üçün Suriya, İraqa gəlməyə necə razı sala bilər? Bunu necə bacara bilər? Heç şübhəsiz bu layihəni və təşkilatı quran beynəlxalq qüvvələrdir. ABŞ və koalisiya qüvvələri daxil olmaqla bir çox ölkələr İŞİD-i bombalayır, lakin hansı səbəbdən bütün dünya bir İŞİD terror təşkilatını yox edə bilmir?!. Bunu anlamaq lazımdır ki, İŞİD terror təşkilatı layihəsini yaradanların hədəfləri reallaşdığı an İŞİD deyə bir şey qalmayacaq”.”. – deyə, Ədliyyə naziri qeyd edib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”