“Türkiyənin etibarlı bir ölkə olmadığını demək türklərə təhqirdir”- Kameron
743 dəfə baxılıb
“Suriyadan gələn 2,6 milyon qaçqına qucaq açan Türkiyənin etibarlı bir ölkə olmadığını demək türklərə təhqirdir”.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bunu İngiltərənin Baş naziri Devid Kameron Beynəlxalq Amnistiya Təşkilatının “Türkiyə qaçqınlar üçün etibarlı ölkə deyil” iddiasına münasibət bildirərkən deyib.
Kameron qaçqınlar üçün, Türkiyəyə veriləcək 3 milyard avrodan da danışıb.
“Türkiyəyə veriləcək pul, Türkiyə üçün verilmir. Bu pul Türkiyədəki suriyalı qaçqınlara xərclənməsi üçün verilir” – deyə Kameron qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)
“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah-Təala ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir”. (Bax: “Təfsir Əs-Saadi”)