Türkiyənin HHQ Suriyada İŞİD-in 11 yaraqlısını məhv edib
1. 121 dəfə baxılıb
Türkiyənin HHQ-nin Suriyada endirdiyi aviazərbələr nəticəsində “İslam dövləti” (İŞİD) terror təşkilatının ən azı 11 yaraqlısı zərərsizləşdirilib.
Selefxeber.az-ın məlumatına görə, Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə HaberTurk telekanalı çərşənbə günü məlumat yayıb.
Məlumata görə, türk aviasiyası “Ərəfat qalxanı” xüsusi əməliyyatının gedişatında ekstremistlərin Əl-Bab şəhərində 12 mövqeyinə zərbələr endirib. Qeyd edilir ki, üç sığınacaq, iki nəzarət məntəqəsi və silah anbarı məhv edilib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”