Türkiyənin siyasi qələbəsi: Mosul böhranı bitdi
1. 705 dəfə baxılıb
Türkiyə ilə İraq arasında uzun müddət davam edən Mosul böhranı nəhayət ki, öz həllini tapıb.
Selefxeber.az-ın məllumatına görə Axar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, razılaşmaya əsasən, İŞİD-ə qarşı başlanacaq hərbi əməliyyatlara mosullu döyüşçülər də qatılacaq.
Başika düşərgəsində türk ordusu tərəfindən təlim görmüş döyüşçülər İraq ordusu və peşmərgə ilə birgə hərəkət edəcək.
Agentliyin ABŞ və Türkiyənin yüksək rütbəli rəsmilərindən aldığı məlumata görə, Mosul əməliyyatı yaxın bir neçə gündə başlayacaq.
ABŞ-ın kordinasiyası ilə başlanacaq əməliyyatın ilkin mərhələsində peşmərgə qüvvələri şəhəri mühasirəyə alacaq. Türkiyə ordusun təlim keçdiyi Mosul döyüşüçləri də peşmərgə ilə eyni xəttə dayanacaq. “Haşdi Vətən” adlanan, lakin ötən gün adını dəyişdirib “Ninova gözətçisi” qoyan təşkilat adı açıqlanmayan İraq generalının rəhbərliyi ilə Mosul Əməliyyatlar Komandanlığından göstəriş alacaq.
Əməliyyat planına əsasən, İraq ordusu və şiə qüvvələr peşmərgə və yerli qüvvələrlə paralel şəkildə şəhərin cənubundakı Kayyaredən şimala doğru irəliləyəcək. Bununla da Mosul cənub, şərq və şimaldan mühasirəyə alınacaq.